Home > Consular Service > Passport (AZ) > Etibarliq müddəti bitmiş, səhifələri dolmuş pasportlar

Etibarliq müddəti bitmiş, səhifələri dolmuş pasportun səfirlik vasitəsilə əvəz edilməsi üçün tələb olunan sənədlər:

  1. Pasportun əsli;
  2. Pasportun surəti - 3 nüsxə;
  3. Ərizə - Anket - 2 nüsxə Nümunə;
  4. Anket Azərbaycan dilində latın qrafikası ilə dəqiq və aydın yazılmalıdır. Yalnız ( * ) ulduz işarəsi ilə qeyd edilən 1.1., 1.2., l.3., 1.4., 1.5., 1.6., 1.7., 1.8., 1.9. və 17-ci qrafalar doldurulmalıdır.17-ci qrafada ərizəçinin imzası notariusda təsdiq etdirilməlidir.

  5. 118 A formalı anket - 1 nüsxə Nümunə;
  6. Azərbaycan Respublikası vətəndaşının ərizəsi Nümunə;
  7. "Green Card" sənədinin Notariusda təsdiq olunmuş surəti - 3 nüsxə;
  8. “Green Card” sənədi olmadığı təqdirdə, ABŞ ərazisində qanuni yaşamasını təsdiq edən sənədin notariusda təsdiq olunmuş surəti – 3 nüsxə.

    Tələbələr, həmçinin oxuduqları təhsil müəssisəsindən müvafiq arayış təqdim etməlidirlər.

  9. "Social Security" sənədinin Notariusda təsdiq olunmuş surəti - 3 nüsxə;
  10. Pasport üçün rəngli fotoşəkil - 4 ədəd;
  11. Şəxsin adı və soyadı fotoşəkillərin arxasında yazılmalıdır.

  12. 40 (qırx) ABŞ dolları məbləğində "money order";
  13. Səfirlik vasitəsilə sənədlərin tərtibinə görə ödənilən bu rüsum Səfirliyin adına yazılmalıdır. "Pay to the order of: Embassy of Azerbaijan".

  14. 40 (qırx) manat məbləğində rüsum Bakıda Daxili İşlər Nazirlyinin Pasport və Qeydiyyat İdarəsinin kassasında ödənilir;
  15. 40 (qırx) manat Bakıda ödənildikdən sonra, Konsulluq İdarəsi sənədləri Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsinə göndərir.

Sənədlərin poçt vasitəsi ilə göndərilməsi üçün: Sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərfi əlavə edin (Zərfin üstünə ünvanınızı yazın və pasportun Express Mail ilə geri qaytarılması üçün ödəniş markası yapışdırın).

Pasportun rəsmiləşdirilməsi adətən 2-4 ay müddət tələb edir.

Diqqət!

Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.

Xahiş olunur, heç bir sənədə “stapler” vurmayın.

 

Telefon zəngləri

İş günləri saat 14.00-dan 17.00-dək qəbul olunur.

Qəbul vaxtı

Bazar ertəsi, Çərşənbə və Cümə günləri saat 10.00-dan 12.00-dək.

Konsulluq dairəsi

Səfirliyin Konsulluq Şöbəsi aşağıdakı ştatlar istisna olmaqla bütün ABŞ ştatları üzrə konsulluq xidmətləri göstərir: Alaska, Arizona, California, Colorado, Hawaii, Idaho, Montana, Nevada, New Mexico, Oregon, Utah, Washington, and Wyoming. Qeyd olunan ştatlar üzrə konsulluq xidmətlərini Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu həyata keçirir.

www.azconsulatela.org