Home > Consular Service > Passport (AZ) > 18 yaşı tamam olmuş və ilk dəfə pasport alan vətəndaşlar

18 yaşı tamam olmuş və ilk dəfə pasport alan vətəndaşlara səfirlik vasitəsilə pasportun rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:

  1. Doğum haqqında şəhadətnamə;
  2. Doğum haqqında şəhadətnamə surəti - 3 nüsxə;
  3. Xarici ölkəyə gəldiyi zaman onun şəkili əlavə olunmuş pasportun əsli;
  4. Xarici ölkəyə gəldiyi zaman onun şəkili əlavə olunmuş pasportun surəti - 3 nüsxə;
  5. Pasportun 2-ci, 3-cü, 4-cü, 5-ci və axırıncı səhifələrinin surətləri və həmçinin, ABŞ-da leqal yaşamaqla bağlı immiqrasiya xidməti və Səfirlik tərəfindən qeydlər aparılmış səhifələrin surətləri.

  6. Ərizə - Anket - 2 nüsxə Nümunə;
  7. Anket Azərbaycan dilində latın qrafikası ilə dəqiq və aydın yazılmalıdır. Yalnız ( * ) ulduz işarəsi qoyulmuş 1.1., 1.2., l.3., 1.4., 1.5., 1.6., 1.7., 1.8., 1.9. və 17-ci qrafalar doldurulmalıdır.17-ci qrafada ərizəçinin imzası notariusda təsdiq etdirilməlidir.

  8. 118 A formalı anket - 1 nüsxə Nümunə;
  9. Azərbaycan Respublikası vətəndaşının ərizəsi Nümunə;
  10. "Green Card" sənədinin Notariusda təsdiq olunmuş surəti - 3 nüsxə;
    “Green Card” sənədi olmadığı təqdirdə, ABŞ ərazisində qanuni yaşamasını təsdiq edən sənədin notariusda təsdiq olunmuş surəti – 3 nüsxə.

  11. "Social Security" sənədinin Notariusda təsdiq olunmuş surəti - 3 nüsxə;
  12. Pasport üçün rəngli fotoşəkil - 4 ədəd;
  13. Şəkillərdən biri notariusda təsdiq olunmalıdır. Şəxsin adı və soyadı fotoşəkillərin arxasında yazılmalıdır.

  14. Qan qrupu haqqında tibbi arayış - 1 ədəd;
  15. 40 (qırx) ABŞ dolları məbləğində "money order";
  16. Səfirlik vasitəsilə sənədlərin tərtibinə görə ödənilən bu rüsum Səfirliyin adına yazılmalıdır. "Pay to the order of: Embassy of Azerbaijan".

  17. 40 (qırx) manat məbləğində rüsum Bakıda Daxili İşlər Nazirliyinin Pasport və Qeydiyyat İdarəsinin kassasında ödənilir;
  18. 40 (qırx) manat Bakıda ödənildikdən sonra, Konsulluq İdarəsi sənədləri Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsinə göndərir.

Sənədlərin poçt vasitəsi ilə göndərilməsi üçün: Sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərfi əlavə edin (Zərfin üstünə ünvanınızı yazın və pasportun Express Mail ilə geri qaytarılması üçün ödəniş markası yapışdırın).

Pasportun rəsmiləşdirilməsi adətən 2-4 ay müddət tələb edir.

Diqqət!

Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.

Xahiş olunur, heç bir sənədə “stapler” vurmayın.

Telefon zəngləri

İş günləri saat 14.00-dan 17.00-dək qəbul olunur.

Qəbul vaxtı

Bazar ertəsi, Çərşənbə və Cümə günləri saat 10.00-dan 12.00-dək.

Konsulluq dairəsi

Səfirliyin Konsulluq Şöbəsi aşağıdakı ştatlar istisna olmaqla bütün ABŞ ştatları üzrə konsulluq xidmətləri göstərir: Alaska, Arizona, California, Colorado, Hawaii, Idaho, Montana, Nevada, New Mexico, Oregon, Utah, Washington, and Wyoming. Qeyd olunan ştatlar üzrə konsulluq xidmətlərini Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu həyata keçirir.

www.azconsulatela.org