Azərbaycan Respublikası ərazisinə deportasiya edilən və pasportu olmayan vətəndaşlara qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:

Qayıdış Şəhadətnaməsi (bundan sonra "Şəhadətnamə") - Səfirlik tərəfindən verilən və pasportu müvəqqəti əvəz edən giriş-çıxış sənədidir. Verildiyi tarixdən etibarlıq müddəti 1 ay olan bu sənəd yalnız Azərbaycana səfər etmək üçün etibarlıdır. Şəhadətnamə sahibinin digər ölkələrin ərazisindən tranzit keçmək hüququ vardır.

  • Yerli immiqrasiya xidməti orqanlarının müraciəti;
  • Vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi üçün Ərizə-Anket doldurulmalıdır;

Xarici ölkə ərazisində 18 yaşı tamam olmuş vətəndaşlara qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:

Qayıdış Şəhadətnaməsi (bundan sonra "Şəhadətnamə") - Səfirlik tərəfindən verilən və pasportu müvəqqəti əvəz edən giriş-çıxış sənədidir. Verildiyi tarixdən etibarlıq müddəti 1 ay olan bu sənəd yalnız Azərbaycana səfər etmək üçün etibarlıdır. Şəhadətnamə sahibinin digər ölkələrin ərazisindən tranzit keçmək hüququ vardır.

  1. Xarici ölkəyə gəldiyi zaman onun şəkili əlavə olunmuş pasportun əsli;
  2. Xarici ölkəyə gəldiyi zaman onun şəkili əlavə olunmuş pasportun surəti - 2 nüsxə;
  3. Pasportun 2-ci, 3-cü, 4-cü, 5-ci və axırıncı səhifələrinin surətləri
    (ABŞ-da daimi yaşıyanlar) ABŞ-da leqal yaşamaqla bağlı immiqrasiya xidməti və Səfirlik tərəfindən qeydlər aparılmış səhifələrin surətləri.
  4. Doğum şəhadətnaməsinin (olduğu tədqirdə)surəti — 2 nüsxə;
  5. Sərbəst formada yazılmış ərizə;
  6. Səfirliyin adına ünvanlanmış ərizədə müraciət edən şəxsin soyadı, adı, atasının adı, ABŞ-dakı ünvanı, telefon nömrəsi, ABŞ-a gəlmə tarixi, müraciətin səbəbi, Azərbaycana getmək üçün nəzərdə tutulan tarix göstərilməlidir.
  7. Pasport üçün rəngli fotoşəkil - 3 ədəd;
  8. (ABŞ-da daimi yaşıyanlar) "Green Card"sənədinin Notariusda təsdiq olunmuş surəti - 3 nüsxə;
  9. (ABŞ-da daimi yaşıyanlar) "Social Security" sənədinin Notariusda təsdiq olunmuş surəti - 3 nüsxə;
    ABŞ-da daimi yaşamayan vətəndaşlar 6-cı və 7-ci bənddəki sənədləri əlavə etmirlər.
  10. 118 A formalı anket - 1 nüsxə Nümunə;
  11. 40 (qırx) ABŞ dolları məbləğində "money order";
  12. Səfirlik vasitəsilə sənədlərin tərtibinə görə ödənilən bu rüsum Səfirliyin adına yazılmalıdır. "Pay to the order of: Embassy of Azerbaijan"

Sənədlərin poçt vasitəsi ilə göndərilməsi üçün: Sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərfi əlavə edin (Zərfin üstünə ünvanınızı yazın və Qayıdış Şəhadətnaməsinin Express Mail, FedEx, UPS və yaxud DHL vasitəsilə geri qaytarılması üçün ödəniş markası yapışdırın).

Şəhadətnamənin verilməsi üçün 5-10 gün vaxt tələb olunur.

Diqqət!

Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.

Xahiş olunur, heç bir sənədə “stapler” vurmayın.

Pasportun etibarlıq müddəti bitmiş və yaxud səhifələri dolmuş vətəndaşlara qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:

Qayıdış Şəhadətnaməsi (bundan sonra "Şəhadətnamə") - Səfirlik tərəfindən verilən və pasportu müvəqqəti əvəz edən giriş-çıxış sənədidir. Verildiyi tarixdən etibarlıq müddəti 1 ay olan bu sənəd yalnız Azərbaycana səfər etmək üçün etibarlıdır. Şəhadətnamə sahibinin digər ölkələrin ərazisindən tranzit keçmək hüququ vardır.

  1. Pasportun əsli;
  2. Pasportun surəti - 2 nüsxə;
  3. Doğum şəhadətnaməsinin (olduğu tədqirdə) surəti — 2 nüsxə;
  4. Sərbəst formada yazılmış ərizə;
    Səfirliyin adına ünvanlanmış ərizədə müraciət edən şəxsin soyadı, adı, atasının adı, ABŞ-dakı ünvanı, telefon nömrəsi, ABŞ-a gəlmə tarixi, müraciətin səbəbi, Azərbaycana getmək üçün nəzərdə tutulan tarix göstərilməlidir.
  5. Pasport üçün rəngli fotoşəkil - 3 ədəd;
  6. (ABŞ-da daimi yaşıyanlar) "Green Card" sənədinin Notariusda təsdiq olunmuş surəti - 3 nüsxə;
  7. (ABŞ-da daimi yaşıyanlar) "Social Security" sənədinin Notariusda təsdiq olunmuş surəti- 3 nüsxə;
    ABŞ-da daimi yaşamayan vətəndaşlar 6-ci və 7-ci bənddəki sənədləri əlavə etmirlər.
  8. 40 (qırx) ABŞ dolları məbləğində "money order";
    Səfirlik vasitəsilə sənədlərin tərtibinə görə ödənilən bu rüsum Səfirliyin adına yazılmalıdır. "Pay to the order of: Embassy of Azerbaijan"

Sənədlərin poçt vasitəsi ilə göndərilməsi üçün:  Sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərfi əlavə edin (Zərfin üstünə ünvanınızı yazın və Qayıdış Şəhadətnaməsinin Express Mail vasitəsilə geri qaytarılması üçün ödəniş markası yapışdırın).

Şəhadətnamənin verilməsi üçün 5-10 gün vaxt tələb olunur.

Diqqət!

Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.

Xahiş olunur, heç bir sənədə “stapler” vurmayın.

Pasportun itirmiş vətəndaşlara qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:

Qayıdış Şəhadətnaməsi (bundan sonra "Şəhadətnamə") - Səfirlik tərəfindən verilən və pasportu müvəqqəti əvəz edən giriş-çıxış sənədidir. Verildiyi tarixdən etibarlıq müddəti 1 ay olan bu sənəd yalnız Azərbaycana səfər etmək üçün etibarlıdır. Şəhadətnamə sahibinin digər ölkələrin ərazisindən tranzit keçmək hüququ vardır.

  1. Pasportun itdiyi ərazinin polis idarəsindən müvafiq sənəd;
  2. Şəxsiyyət vəsiqəsinin (olduğu tədqirdə)surəti;
  3. İtmiş pasportun surəti (olduğu tədqirdə);
  4. Doğum şəhadətnaməsinin surəti (olduğu tədqirdə);
  5. Azərbaycanda verilmiş digər sənədlərin surətləri (olduğu tədqirdə);
  6. Sərbəst formada yazılmış ərizə;
      Səfirliyin adına ünvanlanmış ərizədə müraciət edən şəxsin soyadı, adı, atasının adı, ABŞ-dakı ünvanı, telefon nömrəsi, ABŞ-a gəlmə tarixi, müraciətin səbəbi, Azərbaycana getmək üçün nəzərdə tutulan tarix göstərilməlidir. Əgər, vətəndaş Azərbaycanda yaşayış qeydiyyatındadırsa, həmin ünvan ərizədə qeyd edilməlidir.
  7. Pasport üçün rəngli fotoşəkil - 3 ədəd;
  8. 40 (qırx) ABŞ dolları məbləğində "money order";
    Səfirlik vasitəsilə sənədlərin tərtibinə görə ödənilən bu rüsum Səfirliyin adına yazılmalıdır. "Pay to the order of: Embassy of Azerbaijan"

Müraciətdən asılı olaraq Qayıdış Şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün yuxarıda sadalanan sənədlərdən əlavə digər sənədlər də tələb edilə bilər.

Sənədlərin poçt vasitəsi ilə göndərilməsi üçün:  Sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərfi əlavə edin (Zərfin üstünə ünvanınızı yazın və Qayıdış Şəhadətnaməsinin Express Mail, FedEx, UPS və yaxud DHL vasitəsilə geri qaytarılması üçün ödəniş markası yapışdırın).

Sorğunun cavablandırılmasından asılı olaraq 10 gündən 30 günə kimi vaxt tələb oluna bilər.

Diqqət!

Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.

Xahiş olunur, heç bir sənədə “stapler” vurmayın.

Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin verilmə qaydası

Qayıdış Şəhadətnaməsi (bundan sonra "Şəhadətnamə") - Səfirlik tərəfindən verilən və pasportu müvəqqəti əvəz edən giriş-çıxış sənədidir. Verildiyi tarixdən etibarlıq müddəti 1 ay olan bu sənəd yalnız Azərbaycana səfər etmək üçün etibarlıdır. Şəhadətnamə sahibinin digər ölkələrin ərazisindən tranzit keçmək hüququ vardır.

Şəhadətnamə Azərbaycan vətəndaşlarına aşağıdakı hallarda verilir:

Ambassador diary

Rest in Peace, Maestro Sadigov!

Maestro Chingiz Sadigov

 

Almost two weeks after the death of Maestro Chingiz Sadigov, it is still very hard for m

Rest in Peace, Professor Zadeh!

We all have read books and seen movies about geniuses. I have been honored to personally know one, and his name was Lotf

Formula One discovers Baku. Washington discovers the Trans-Caspian Trade and Transit Corridor

The Trans-Caspian East-West Trade and Transit Corridor brings together the Central Asia, Caspian and Black Sea strategic

Festive and well-attended celebration of the Azerbaijan Republic Day and the Armed Forces Day hosted by the Embassy

Festive and well-attended celebration of the Azerbaijan Republic Day and the Armed Forces Day hosted by the Embassy at t

Washington Premiere of Ali and Nino

Washington Premiere of Ali and Nino co-hosted by the embassies of Azerbaijan and Georgia to the United States at the U.S

FACEBOOK

TWEETS