Soyadın dəyişdirilməsinin qeydə alınması

Azərbaycan Respublikası vətəndaşlarının, həmçinin doğumu Azərbaycan Respublikasının ərazisində qeydə alınmış və daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin soyadının dəyişdirilməsi aşağıdakı qaydada həyata keçirilir.

Soyad sonluğuna dəyişiklik edilməsi

Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə xarici ölkədə daimi yaşayan vətəndaşın yaşayış yeri üzrə konsulluğa verilir.

Soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir.

Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir.

18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir.

Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir.

Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə (2-ci dəfə) dəyişiklik edilməsinə yol verilmir.

Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir.

Soyadın dəyişdirilməsi

Azərbaycan Respublikası vətəndaşlarının soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Lakin nikahın bağlanması ilə əlaqədar tərəflərin istəyi ilə onların soyadı dəyişdirilə bilər.

Diqqət! ABŞ-da daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı nikahını Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyində bağladıqda, onun soyadını dəyişdirməsi nikah şəhadətnaməsində əks etdirilməklə rəsmiləşmiş olur. Lakin, nikahı ABŞ-ın müvafiq qurumları tərəfindən bağlanmış və nikahla əlaqədar soyadını dəyişdirmək istəyən Azərbaycan Respublikasının vətəndaşı soyadının dəyişdirilməsi haqqında ərizə və müvafiq sənədlərlə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinə müraciət etməlidir.

Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Valideynlərdən biri soyadını dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir.

Valideynlərdən birinin və ya hər ikisinin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı dəyişdirilir.

Valideynlərdən biri və ya hər ikisi soyadını dəyişdirdikdə, istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir.

Soyad dəyişdirildiyi konsulluq bu barədə ərizə verən şəxsə məlumat verir və o, konsulluğa gəldiyi gün soyadın dəyişdirilməsini qeydə alır və müvafiq şəhadətnamə verir.

Konsulluq soyad dəyişdirildikdən sonra şəxsiyyət vəsiqəsinin və digər sənədlərin dəyişdirilməsinin zəruriliyini ərizə verən şəxsə izah edir.

Soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir.

Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda onun soyadının dəyişdirilməsinə yol verilmir.

Soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, konsulluq bundan imtina edilməsi barədə qərar çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o, konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır.

Tələb olunan sənədlər

Xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən soyadın dəyişdirilməsi haqqında ərizə yaşayış yeri üzrə konsulluğa verilir və soyadın dəyişdirilməsi konsulluq tərəfindən həyata keçirilir.

Soyadın dəyişdirilməsi üçün aşağıdakı sənədlərin təqdim edilməsi tələb olunur:

  1. Ərizə - iki nüsxədə təqdim olunur. Nüsxələrdən birinin üzərində ərizənin qəbul edilməsinə dair qeyd aparılır və o, ərizə verən şəxsə qaytarılır.
  2. 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil;
  3. ərizə verən şəxsin doğum haqqında şəhadətnaməsi;
  4. ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamənin surəti (notarial qaydada təsdiq olunmuş);
    Qeyd: Nikahı ABŞ-ın müvafiq qurumları tərəfindən bağlanmış və nikahla əlaqədar soyadını dəyişdirmək istəyən Azərbaycan Respublikasının vətəndaşı belə nikah haqqında şəhadətnaməni ABŞ-ın apostil etmək səlahiyyəti olan müvafiq qurumlarında apostil qaydasında təsdiq etdirdikdən sonra Səfirliyə təqdim edə bilər.
  5. ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamənin surəti (notarial qaydada təsdiq olunmuş);
    Qeyd: Nikahı ABŞ-ın müvafiq qurumları tərəfindən pozulmuuş və bununla əlaqədar soyadını dəyişdirmək istəyən Azərbaycan Respublikasının vətəndaşı nikahın pozulması haqqında şəhadətnaməni ABŞ-ın apostil etmək səlahiyyəti olan müvafiq qurumlarında apostil qaydasında təsdiq etdirdikdən sonra Səfirliyə təqdim edə bilər.
  6. ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələri;
  7. Şəxsiyyətini təsdiq edən sənədin surəti (notariat qaydasında təsdiq olunmuş);
  8. ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin surəti (notariat qaydasında təsdiq olunmuş);
  9. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda dövlət rüsumunun ödənilməsinə dair sənəd.

Dövlət rüsumu

“Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli, 223-IIQ nömrəli Qanununun 16.3.4.-cü maddəsinə əsasən, adın, soyadın, ata adının dəyişdirilməsinə (nikahla əlaqədar olan hallar istisna olmaqla) dair materialların rəsmiləşdirilməsinə görə 50 ABŞ dolları məbləğində dövlət rüsumu ödənilir. “Money order” şəklində ödənilməsi xahiş olunur. "Money order" Səfirliyin adına yazılır: "Pay to the order of: Embassy of Azerbaijan Republic".

Qeyd: “Nikahla əlaqədar olan hallar istisna olmaqla” dedikdə nəzərdə tutulur ki, nikah Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyində bağladıqda/və ya pozulduqda, vətəndaşın soyadını dəyişdirməsi nikahın bağlanması/və ya nikahın pozulması haqqında şəhadətnamədə əks etdirilməklə rəsmiləşmiş olur və bu halda soyadın dəyişdirilməsi üçün dövlət rüsumu ödənilmir.

Lakin nikahı ABŞ-ın müvafiq qurumları tərəfindən bağlanmış/və ya pozulmuş və bununla əlaqədar soyadını dəyişdirmək istəyən Azərbaycan Respublikasının vətəndaşı Səfirlik tərəfindən soyadının dəyişdirilməsi üçün yuxarıda qeyd olunan dövlət rüsumunu ödəməlidir.

Azərbaycan Respublikasından səfirlik vasitəsi ilə sənəd sorğu etmək üçün tələb olunan sənədlər:

  1. Doldurulmuş Forma;
    Forma sənəd sahibinin özü və ya onun nümayəndəsi tərəfindən dolğun və aydın doldurulmalıdır
  2. Sorğu edilən hər bir sənəd üçün 25 ABŞ dolları məbləğində “money order”;
    "Money order" Səfirliyin adına yazılmalıdır "Pay to the order of: Embassy of Azerbaijan" . Sorğunun nəticəsindən asılı olmayaraq bu rüsum geri qaytarılmır.
  3. Sorğu edilən sənədin və ya sorğu ilə bağlı müvafiq sənədlərin surətləri (əgər varsa);
  4. Sənəd sahibini nümayəndəsi tərəfindən sorğu edildikdə, həmin şəxsin doğum şəhadətnaməsinin və ya pasportunun surəti.

Sənədlərin poçt vasitəsi ilə göndərilməsi üçün: Sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərfi əlavə edin (Zərfin üstünə ünvanınızı yazın və sənədlərin Express Mail ilə geri qaytarılması üçün ödəniş markası yapışdırın).

Diqqət!

Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.

Xahiş olunur, heç bir sənədə “stapler” vurmayın.

Legalization

Since March 01, 2005, the Republic of Azerbaijan joined the 1961 Hague Convention abolishing the Requirement of Legalization for Public Documents. The convention provides for the simplified certification of public (including notarized) documents to be used in these countries have joined the Convention, by use of a special form called an "apostille" in certifying the document. The apostille does not need to be ribboned onto the document being certified.

Documents destined for use in participating countries and their territories should be certified by one of the officials in the jurisdiction in which the document has been executed.

With the Certification by the Hague Convention apostille, the document is entitled to recognition in the country of intended use, and no authentication by this office or legalization by the Embassy or Consulate of the foreign country where the document is to be used required.

Ambassador diary

Rest in Peace, Maestro Sadigov!

Maestro Chingiz Sadigov

 

Almost two weeks after the death of Maestro Chingiz Sadigov, it is still very hard for m

Rest in Peace, Professor Zadeh!

We all have read books and seen movies about geniuses. I have been honored to personally know one, and his name was Lotf

Formula One discovers Baku. Washington discovers the Trans-Caspian Trade and Transit Corridor

The Trans-Caspian East-West Trade and Transit Corridor brings together the Central Asia, Caspian and Black Sea strategic

Festive and well-attended celebration of the Azerbaijan Republic Day and the Armed Forces Day hosted by the Embassy

Festive and well-attended celebration of the Azerbaijan Republic Day and the Armed Forces Day hosted by the Embassy at t

Washington Premiere of Ali and Nino

Washington Premiere of Ali and Nino co-hosted by the embassies of Azerbaijan and Georgia to the United States at the U.S

FACEBOOK

TWEETS