İkili vətəndaşlıq

Azərbaycan Respublikası vətəndaşının ikili vətəndaşlığının tanınmaması

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-IQ nömrəli Qanununun 10-cu maddəsinə əsasən:

Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.*

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-IQ nömrəli Qanununa 2014-cü ilin 30 may tarixində edilmiş dəyişikliklərə əsasən:

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə AR-in səlahiyyətli orqanlarına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. (10-cu maddə, ikinci hissə)

Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. (18-ci maddə)

Qeyd: Son müddəalar (10-cu maddənin ikinci hissəsi və 18-ci maddə) 30 iyun 2014-cü il tarixindək digər dövlətin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir.

ABŞ vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinə yazılı məlumat verməlidir.

Bunun üçün aşağıdakı sənədlərin Səfirliyə göndərilməsi tələb olunur:

  1. Ərizə
  2. Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surəti
  3. ABŞ pasportunun surəti və ya ABŞ naturalizasiya vərəqinin surəti
  4. ABŞ-dakı ünvanı göstərən sənədin surəti ( məsələn, driver license)

Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surəti ABŞ pasportunun surəti və ya ABŞ naturalizasiya vərəqinin surəti ABŞ-dakı ünvanı göstərən sənədin surəti ( məsələn, driver license)

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinə daxil olan belə ərizələr əlavələri ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərilir. Eyni zamanda, ərizəçiyə ABŞ vətəndaşlığını qəbul etməsi ilə bağlı Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyini yazılı məlumatlandırmasını təsdiq edən arayış verilir.

Sənədlərin poçt vasitəsi ilə göndərilməsi üçün: Sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərfi əlavə edin (Zərfin üstünə ünvanınızı yazın və pasportun geri qaytarılması üçün ödəniş markası yapışdırın).

Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

_______________________________

*(Azərbaycan Respublikasının Prezidenti Konstitusiya ilə Azərbaycan Respublikasının Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir) 

Valideynlərin vətəndaşlığı dəyişdikdə və ya övladlığa götürülmüş uşaqların vətəndaşlığı

 

Valideynlərin vətəndaşlığı dəyişdikdə uşaqların vətəndaşlığı

  • Valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində valideynlərin hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların 14 yaşına çatmamış uşaqları da Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş olurlar.
  • Uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun 14 yaşına çatmamış uşağı da Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş olur.
  • Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın hər iki valideyni və ya yeganə valideyni Azərbaycan Respublikasının vətəndaşlığından çıxırsa, həm də üzərində Azərbaycan Respublikası vətəndaşlarının qəyyumluğu və ya himayəçiliyi müəyyən edilmiş uşağın böyüdülməsində iştirak etmirsə, valideynlərin, qəyyumun və himayəçinin vəsatəti ilə uşaq Azərbaycan Respublikasının vətəndaşlığını saxlayır.
  • Valideynlərdən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsdirsə, digəri isə əcnəbidirsə, uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş valideynin vəsatəti və əcnəbi valideynin razılığı ilə Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər.
  • Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsdirsə, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir.
  • Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsdirsə, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş valideynin vəsatəti və vətəndaşlığı olmayan valideynin razılığı ilə Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər.
  • Valideynlərdən birinin Azərbaycan Respublikası vətəndaşlığına xitam verilirsə, digəri isə Azərbaycan Respublikası vətəndaşlığında qalırsa, uşaq Azərbaycan Respublikası vətəndaşlığını saxlayır. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilən valideynin vəsatəti və Azərbaycan Respublikası vətəndaşlığında qalan valideynin razılığı ilə uşağın Azərbaycan Respublikası vətəndaşlığından çıxmasına icazə verilə bilər.

Qeyd: Yuxarıdakı bədlərdə nəzərdə tutulmuş hallarda 14 yaşından 18 yaşınadək uşaqların vətəndaşlığı yalnız onların razılığı ilə dəyişə bilər.

Övladlığa götürülmüş uşaqların vətəndaşlığı

  1. Azərbaycan Respublikasının vətəndaşları əcnəbi uşağı və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürdükdə:
    • Azərbaycan Respublikasının vətəndaşları əcnəbi uşağı və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürürlərsə, həmin uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir.
    • Əcnəbi uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş olur.
    • Əcnəbi uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə əcnəbidirsə, həmin uşaq övladlığa götürənlərin razılığı ilə Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər.
    • Vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş olur.
    • Vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə əcnəbidirsə, həmin uşaq övladlığa götürənlərin razılığı ilə Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər.
  2. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürdükdə:
    • Əcnəbilər Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürdükdə onların vəsatəti əsasında həmin uşağın Azərbaycan Respublikası vətəndaşlığına xitam verilir.
    • Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə əcnəbidirsə, övladlığa götürülən uşaq Azərbaycan Respublikasının vətəndaşlığını saxlayır. Övladlığa götürənlərin vəsatəti ilə uşaq Azərbaycan Respublikası vətəndaşlığından çıxa bilər.
    • Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürən ər-arvadın hər ikisi vətəndaşlığı olmayan şəxsdirsə, yaxud biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq Azərbaycan Respublikasının vətəndaşlığını saxlayır.

Qeyd: Yuxarıdakı bədlərdə nəzərdə tutulmuş hallarda 14 yaşından 18 yaşınadək uşaqların vətəndaşlığı yalnız onların razılığı ilə dəyişə bilər.

Uşağın Azərbaycan Respublikasını əldə etməsi

Yuxarıda qeyd edilən hallarda uşağın Azərbaycan Respublikasını əldə etməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:

  1. Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anket
  2. valideynlərin (övladlığa götürənlərin, qəyyumların, himayəçilərin) vətəndaşlığı haqqında sənədlərin surəti
  3. övladlığa götürmə, qəyyumluq, himayəçilik haqqında sənədlərin surəti
  4. yaşayış yerindən ailə tərkibi haqqında arayış
  5. valideynin (övladlığa götürən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin və 14-18 yaşında olan uşağın) notarial qaydada təsdiq edilmiş razılığı
  6. uşağın 4 ədəd 3x4 ölçüdə fotoşəkli
  7. uşağın doğum haqqında şəhadətnaməsi.

Ətraflı məlumat üçün bax:LINK!!!! Azərbaycan Respublikasının vətəndaşlığına qəbul

Uşağın Azərbaycan Respublikasının vətəndaşlığından çıxması

Valideynlərdən birinin Azərbaycan Respublikası vətəndaşlığına xitam verilərsə, bu valideynin vəsatəti ilə və ya Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürən əcnəbilərin vəsatətləri ilə uşaq Azərbaycan Respublikası vətəndaşlığından çıxarıla bilər.

Bu hallarda Azərbaycan Respublikasının vətəndaşlığından çıxma üçün tələb olunan sənədlər aşağıdakılardır:

  1. Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anket
  2. valideynlərin (övladlığa götürənlərin, qəyyumların, himayəçilərin) vətəndaşlığı haqqında sənədlərin surəti
  3. övladlığa götürmə, qəyyumluq, himayəçilik haqqında sənədlərin surəti
  4. yaşayış yerindən ailə tərkibi haqqında arayış
  5. valideynin (övladlığa götürən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin və 14-18 yaşında olan uşağın) notarial qaydada təsdiq edilmiş razılığı
  6. uşağın 4 ədəd 3x4 ölçüdə fotoşəkli
  7. uşağın doğum haqqında şəhadətnaməsi.

Ətraflı məlumat üçün bax:LINK!!!! Azərbaycan Respublikasının vətəndaşlığından çıxma

Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi

Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi əsasları

Azərbaycan Respublikasının vətəndaşlığına aşağıdakı hallarda xitam verilir:

  1. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq nəticəsində;
  2. Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində;
    şəxs Azərbaycan Respublikası vətəndaşlığını əldə edərkən vətəndaşlığı almaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırmışsa və ya saxta sənəd təqdim etmişsə, əldə etdiyi Azərbaycan Respublikası vətəndaşlığını itirir.
  3. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda:
    Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli Qanunu ilə Azərbaycan Respublikasının beynəlxalq müqavilələri arasında ziddiyyət yaranarsa, həmin müqavilələr tətbiq edilir.
  4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli Qanununda nəzərdə tutulmuş digər əsaslar olduqda.

Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul olunur.

Nikah bağlandıqda və ya pozulduqda vətəndaşlığın saxlanması

Azərbaycan Respublikasının vətəndaşı olan kişi və ya qadın əcnəbi ilə və ya vətəndaşlığı olmayan şəxslə nikah bağlaması və ya nikahı pozması ər və arvadın vətəndaşlığının dəyişməsinə səbəb olmur.

Ərin (arvadın) vətəndaşlığının dəyişməsi arvadın (ərin) vətəndaşlığının dəyişməsinə səbəb olmur.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxma

 

Azərbaycan Respublikasının vətəndaşlığından çıxma

Azərbaycan Respublikasının vətəndaşlığından çıxma şəxsin vəsatəti üzrə həyata keçirilir.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxma haqqında vəsatətin rədd edildiyi hallar

Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti tərəfindən rədd edilə bilər.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs müttəhim kimi cinayət məsuliyyətinə cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxma üçün tələb olunan sənədlər

  1. Azərbaycan Respublikası Prezidentinin adına yazılmış Ərizə-anket
  2. 4 ədəd 3x4 ölçüdə fotoşəkil;
  3. yaşayış yerindən ailə tərkibi haqqında arayış;
  4. dövlət qarşısında icra edilməmiş öhdəliklərinin olmaması və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəliklərinin olmaması barədə müvafiq sənədlər;
  5. Hərbi biletin surəti;
  6. dövlət rüsumunun ödənilməsi barədə sənəd;
  7. şəxsiyyəti təsdiq edən sənədin surəti;

Qeyd: savadsızlıq və fiziki qüsurlarına görə müraciət edən şəxs tərəfindən sənədlərin imzalanması mümkün olmadığı halda ərizəyə bu barədə izahlı qeyd yazılmalı və sənədləşməni aparan orqan həmin faktı təsdiq etməlidir.

Dövlət rüsumu

Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli, 223-IIQ nömrəli Qanununun 16.2.2-ci maddəsinə əsasən, 400 (dörd yüz) ABŞ dolları məbləğində dövlət rüsumunu "money order" şəklində ödəyir. Bu rüsum Səfirliyin adına yazılmalıdır: "Pay to the order of: Embassy of Azerbaijan".

Azərbaycan Respublikası vətəndaşlığından çıxma haqqında vəsatətə baxan orqanlar

Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə vəsatətlə müraciət edirlər:

  1. Azərbaycan Respublikasının ərazisində yaşayan vətəndaşlar – Dövlət Miqrasiya Xidmətinə;
  2. xarici dövlətlərdə yaşayan vətəndaşlar isə -

    Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və ya konsulluqlarına.

    Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəliklərinə və konsulluqlarına daxil olmuş sənədlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərilir.

Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul olunur.

Belə ki, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının əsaslandırılmış rəylərinə baxılaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin vətəndaşlığına xitam verilməsi barəsində müvafiq sərəncam verilir.

Vətəndaşlıq məsələləri üzrə qəbul olunan qərarların icrası üzərində nəzarəti Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı həyata keçirir.

Azərbaycan Respublikası vətəndaşlığından çıxma haqqında vəsatətə baxılma müddəti və nəticələri

Vətəndaşlıq məsələləri ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş, yəni yuxarıda sadalanan sənədlər fiziki şəxslər tərəfindən əlaqədar dövlət orqanına təqdim ediləndən sonra ərizə-anket icraata qəbul edilmiş sayılır və baxılma müddəti həmin vaxtdan başlayır.

Vətəndaşlıqla bağlı qaldırılmış vəsatətlərə əlaqədar dövlət orqanlarının hər biri tərəfindən 1 ay (ümumilikdə 6 ay) müddətində baxılır.

Azərbaycan Respublikası vətəndaşlığından çıxma ilə bağlı verilmiş müraciətlərə baxılmasının nəticələri barəsində vəsatət qaldıran şəxslərə Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi tərəfindən yazılı məlumat verilir.

Eyni zamanda, Daxili İşlər Nazirliyi və Xarici İşlər Nazirliyi vətəndaşlığı təsdiq edən sənədləri verən orqanları (vəzifəli şəxsləri) müvafiq tədbirlər görülməsi üçün xəbərdar edir.

Azərbaycan Respublikasının vətəndaşlığına bərpa

 

Azərbaycan Respublikasının vətəndaşlığına bərpa

Əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin öz vəsatəti əsasında o, Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilə bilər.

Azərbaycan Respublikasının vətəndaşlığına bərpa haqqında vəsatətin rədd edildiyi hallar

Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, vətəndaşlığa bərpa haqqında vəsatəti rədd edilir.

Vətəndaşlıq məsələləri ilə əlaqədar vəsatəti rədd edilmiş şəxs vəsatətin rədd edilməsinə səbəb olan halları aradan qaldırdıqdan sonra təkrar müraciət edə bilər.

Azərbaycan Respublikasının vətəndaşlığına bərpa üçün tələb olunan sənədlər

      1. Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anket
      2. 4 ədəd 3x4 sm fotoşəkil
      3. şəxsiyyəti təsdiq edən sənədin surəti
      4. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi barədə sənəd
      5. ailə tərkibi haqqında arayış
      6. QİÇS müayinəsindən keçməsi və sağlamlıq haqqında arayış (vətəndaşlığa bərpa olunmaq üçün müraciət edən şəxs respublikanı tərk etməyibsə, bu sənəd tələb olunmur)
      7. dövlət rüsumunun ödənilməsi barədə sənəd

Qeyd: savadsızlıq və fiziki qüsurlarına görə müraciət edən şəxs tərəfindən sənədlərin imzalanması mümkün olmadığı halda ərizəyə bu barədə izahlı qeyd yazılmalı və sənədləşməni aparan orqan həmin faktı təsdiq etməlidir.

Diqqət! Şəxs Azərbaycan Respublikası vətəndaşlığını əldə edərkən vətəndaşlığı almaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırmışsa və ya saxta sənəd təqdim etmişdirsə, əldə etdiyi Azərbaycan Respublikası vətəndaşlığını itirir.

Dövlət rüsumu

Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilməsi barədə vəsatət qaldıran şəxs “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli, 223-IIQ nömrəli Qanununun 14.14.-cü maddəsinə əsasən, 110 manat məbləğində dövlət rüsumu ödəyir.

Azərbaycan Respublikası vətəndaşlığına bərpa haqqında vəsatətə baxan orqanlar

Azərbaycan Respublikası vətəndaşlığına bərpa barədə vəsatətlə müraciət edirlər:

  1. Azərbaycan Respublikasının ərazisində yaşayan şəxslər – Dövlət Miqrasiya Xidmətinə
  2. xarici dövlətlərdə yaşayan şəxslər isə – Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və ya konsulluqlarına.
    Azərbaycan Respublikası vətəndaşlığına bərpa barədə Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəliklərinə və konsulluqlarına daxil olmuş sənədlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərilir.

Azərbaycan Respublikası vətəndaşlığına bərpa haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul olunur.

Belə ki, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının əsaslandırılmış rəylərinə baxılaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına bərpası barəsində müvafiq sərəncam verilir.

Vətəndaşlıq məsələləri üzrə qəbul olunan qərarların icrası üzərində nəzarəti Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı həyata keçirir.

Azərbaycan Respublikası vətəndaşlığına bərpa haqqında vəsatətə baxılma müddəti və nəticələri

Vətəndaşlıq məsələləri ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş, yəni yuxarıda sadalanan sənədlər fiziki şəxslər tərəfindən əlaqədar dövlət orqanına təqdim ediləndən sonra ərizə-anket icraata qəbul edilmiş sayılır və baxılma müddəti həmin vaxtdan başlayır. Vətəndaşlıqla bağlı qaldırılmış vəsatətlərə əlaqədar dövlət orqanlarının hər biri tərəfindən 1 ay (ümumilikdə 6 ay) müddətində baxılır. Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilməsi ilə bağlı verilmiş müraciətlərə baxılmasının nəticələri barəsində vəsatət qaldıran şəxslərə Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi tərəfindən yazılı məlumat verilir.

Eyni zamanda, Daxili İşlər Nazirliyi və Xarici İşlər Nazirliyi vətəndaşlığı təsdiq edən sənədləri verən orqanları (vəzifəli şəxsləri) müvafiq tədbirlər görülməsi üçün xəbərdar edir.

Ambassador diary

Rest in Peace, Maestro Sadigov!

Maestro Chingiz Sadigov

 

Almost two weeks after the death of Maestro Chingiz Sadigov, it is still very hard for m

Rest in Peace, Professor Zadeh!

We all have read books and seen movies about geniuses. I have been honored to personally know one, and his name was Lotf

Formula One discovers Baku. Washington discovers the Trans-Caspian Trade and Transit Corridor

The Trans-Caspian East-West Trade and Transit Corridor brings together the Central Asia, Caspian and Black Sea strategic

Festive and well-attended celebration of the Azerbaijan Republic Day and the Armed Forces Day hosted by the Embassy

Festive and well-attended celebration of the Azerbaijan Republic Day and the Armed Forces Day hosted by the Embassy at t

Washington Premiere of Ali and Nino

Washington Premiere of Ali and Nino co-hosted by the embassies of Azerbaijan and Georgia to the United States at the U.S

FACEBOOK

TWEETS