Beynəlxalq hüquqi əsaslar

“Ümumdünya insan hüquqları Bəyannaməsi”

BMT Baş Assambleyasının 217 A (III)
saylı, 1948-ci il 10 dekabr tarixli qətnaməsi
ilə qəbul və bəyan edilmişdir.

“Hər bir insan vətəndaşlıq hüququna malikdir.

Heç kim öz vətəndaşlığından və öz vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz.” (maddə 15)

Vətəndaşsızlıq hallarının azaldılması haqqında Konvensiya

BMT Baş Assambleyasının 1954-cü il 4
dekabr tarixli 896 (IX) nömrəli qətnaməsi ilə qəbul edilmişdir.
Azərbaycan Respublikası 1996-cı il 31 may
tarixli 105-IQ nömrəli Qanunu ilə bu
Konvensiyaya qoşulmuşdur.

Razılığa gələn Dövlət onun ərazisində doğulan, əks halda vətəndaşlıq əldə edə bilməyən şəxsə öz vətəndaşlığını verir (Maddə 1)

Razılığa gələn Dövlət öz vətəndaşlığını, əks halda vətəndaşlığı ola bilməyən, ərazisində doğulmamış şəxsə – həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa – verir (Maddə 4)

Razılığa gələn Dövlətin vətəndaşlıqdan məhrum etməsi şəxsi apatridə çevirirsə, həmin dövlət onu vətəndaşlıqdan məhrum etmir. (Maddə 8)

Razılığa gələn Dövlət heç bir şəxsi və ya şəxslər qrupunu irqi, etnik, dini, yaxud siyasi əsaslara görə vətəndaşlıqdan məhrum edə bilməz. (Maddə 9)

Ərdə olan qadının vətəndaşlığı haqqında Konvensiya

BMT Baş Assambleyasının 1957-ci il 29
yanvar tarixli 1040 (XI) nömrəli qətnaməsi
ilə qəbul edilmişdir.
Azərbaycan Respublikası 1996-cı il 31 may
tarixli 104-IQ nömrəli Qanunu ilə bu
Konvensiyaya qoşulmuşdur.

Razılığa gələn hər bir dövlət razılaşır ki, nə onun hər hansı bir vətəndaşının könüllü surətdə hansısa dövlətin vətəndaşlığını qəbul etməsi, nə də vətəndaşlarından hansısa birinin öz vətəndaşlığından imtina etməsi bu vətəndaşın arvadının öz vətəndaşlığını saxlamasına mane olmamalıdır. (Maddə 2 )

Razılığa gələn hər bir dövlət razılaşır ki, onun hər hansı bir vətəndaşının arvadı olan əcnəbi, öz xahişi ilə, xüsusi sadələşdirilmiş naturalizasiya qaydasında ərinin vətəndaşlığını qəbul edə bilər. Belə vətəndaşlığın verilməsinə dövlət təhlükəsizliyi və ictimai asayiş naminə qoyulmuş məhdudiyyət tətbiq edilə bilər.

Razılığa gələn hər bir dövlət razılaşır ki, bu Konvensiya onun hər hansı bir vətəndaşının arvadı olan əcnəbinin hüquqi əsasda, öz xahişi ilə ərinin vətəndaşlığını qəbul etməsinə icazə verən hər hansı qanunvericiliyə və ya məhkəmə praktikasına toxunan şəkildə yozulmamalıdır. (Maddə 3 )

Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Pakt

BMT Baş Assambleyasının 1966-cı il 16
dekabr tarixli 2200A (XXI) nömrəli
Qətnaməsi ilə qəbul edilmişdir.
Azərbaycan Respublikası bu Konvensiyaya qoşulmuşdur.

Hər bir uşaq vətəndaşlıq əldə etmək hüququna malikdir. (maddə 24)