Milli hüquqi əsaslar

 

Vətəndaşlıq hüququ

“Azərbaycan Respublikasının Konstitusiyası”
1995-ci il 12 noyabr tarixində qəbul
edilmişdir.

Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. (maddə 52)

Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz.

Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz.

Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. (maddə 53)

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu
1998-ci il 30 sentyabr tarixində 527-IQ
nömrə ilə qəbul edilmişdir.

Vətəndaşlıq hüququnun təminatı aşağıdakı qaydada həyata keçirilir:

  1. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilə bilməz.
  2. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz.
  3. Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir.
  4. Vətəndaşlıq hüququnun təminatı üçün Azərbaycan dövləti öz orqanlarının və vəzifəli şəxslərinin simasında Azərbaycan Respublikası vətəndaşları qarşısında məsuliyyət daşıyır.

Bərabər vətəndaşlıq

Azərbaycan Respublikasının vətəndaşlığı onun əldə edilməsi əsaslarından asılı olmayaraq hamı üçün bərabərdir.

Azərbaycan Respublikası vətəndaşlarının hüquqları, azadlıqları və vəzifələri onların mənşəyindən, sosial və əmlak vəziyyətindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən, məşğuliyyət növündən və xarakterindən, yaşayış yerindən, həmin yerdə yaşadığı müddətdən və başqa hallardan asılı olmayaraq bərabərdir.

Azərbaycan Respublikasının ərazisindən kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan dövləti tərəfindən müdafiəsi

Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin ərazisində yaşaması Azərbaycan Respublikası vətəndaşlığının xitamına səbəb olmur.

Azərbaycan Respublikasının dövlət orqanları, xarici dövlətlərdəki və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəlikləri və konsulluqları, habelə onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq sənədlərin, xarici dövlətin qanunvericiliyinə, Azərbaycan Respublikası ilə Azərbaycan Respublikası vətəndaşlarının yaşadığı dövlət arasında bağlanmış müqavilələrə, habelə beynəlxalq adətlərə uyğun olaraq onlara verilmiş bütün hüquqlardan tam həcmdə istifadə edə bilmələri üçün tədbirlər görməyə, qanunvericiliklə müəyyənləşdirilmiş qaydada onların qanunla qorunan hüquq və mənafelərini müdafiə etməyə, zərurət olduqda isə Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının bərpası üçün tədbirlər görməyə borcludurlar.

Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsdirsə, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş valideynin vəsatəti və vətəndaşlığı olmayan valideynin razılığı ilə Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər.

TELEFON ZƏNGLƏRİ

İş günləri saat 14.00-dan 17.00-dək qəbul olunur

QƏBUL VAXTI

Bazar ertəsi, Çərşənbə və Cümə günləri saat 10.00-dan 12.00-dək.

KONSULLUQ DAİRƏSİ

Səfirliyin Konsulluq Şöbəsi aşağıdakı ştatlar istisna olmaqla bütün ABŞ ştatları üzrə konsulluq xidmətləri göstərir: Alaska, Arizona, California, Colorado, Hawaii, Idaho, Montana, Nevada, New Mexico, Oregon, Utah, Washington, and Wyoming. Qeyd olunan ştatlar üzrə konsulluq xidmətlərini Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu həyata keçirir.

www.azconsulatela.org