Valideynlərin vətəndaşlığı dəyişdikdə və ya övladlığa götürülmüş uşaqların vətəndaşlığı

 

Valideynlərin vətəndaşlığı dəyişdikdə uşaqların vətəndaşlığı

  • Valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində valideynlərin hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların 14 yaşına çatmamış uşaqları da Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş olurlar.
  • Uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun 14 yaşına çatmamış uşağı da Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş olur.
  • Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın hər iki valideyni və ya yeganə valideyni Azərbaycan Respublikasının vətəndaşlığından çıxırsa, həm də üzərində Azərbaycan Respublikası vətəndaşlarının qəyyumluğu və ya himayəçiliyi müəyyən edilmiş uşağın böyüdülməsində iştirak etmirsə, valideynlərin, qəyyumun və himayəçinin vəsatəti ilə uşaq Azərbaycan Respublikasının vətəndaşlığını saxlayır.
  • Valideynlərdən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsdirsə, digəri isə əcnəbidirsə, uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş valideynin vəsatəti və əcnəbi valideynin razılığı ilə Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər.
  • Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsdirsə, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir.
  • Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsdirsə, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş valideynin vəsatəti və vətəndaşlığı olmayan valideynin razılığı ilə Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər.
  • Valideynlərdən birinin Azərbaycan Respublikası vətəndaşlığına xitam verilirsə, digəri isə Azərbaycan Respublikası vətəndaşlığında qalırsa, uşaq Azərbaycan Respublikası vətəndaşlığını saxlayır. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilən valideynin vəsatəti və Azərbaycan Respublikası vətəndaşlığında qalan valideynin razılığı ilə uşağın Azərbaycan Respublikası vətəndaşlığından çıxmasına icazə verilə bilər.

Qeyd: Yuxarıdakı bədlərdə nəzərdə tutulmuş hallarda 14 yaşından 18 yaşınadək uşaqların vətəndaşlığı yalnız onların razılığı ilə dəyişə bilər.

Övladlığa götürülmüş uşaqların vətəndaşlığı

  1. Azərbaycan Respublikasının vətəndaşları əcnəbi uşağı və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürdükdə:
    • Azərbaycan Respublikasının vətəndaşları əcnəbi uşağı və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürürlərsə, həmin uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir.
    • Əcnəbi uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş olur.
    • Əcnəbi uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə əcnəbidirsə, həmin uşaq övladlığa götürənlərin razılığı ilə Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər.
    • Vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş olur.
    • Vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə əcnəbidirsə, həmin uşaq övladlığa götürənlərin razılığı ilə Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər.
  2. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürdükdə:
    • Əcnəbilər Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürdükdə onların vəsatəti əsasında həmin uşağın Azərbaycan Respublikası vətəndaşlığına xitam verilir.
    • Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə əcnəbidirsə, övladlığa götürülən uşaq Azərbaycan Respublikasının vətəndaşlığını saxlayır. Övladlığa götürənlərin vəsatəti ilə uşaq Azərbaycan Respublikası vətəndaşlığından çıxa bilər.
    • Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürən ər-arvadın hər ikisi vətəndaşlığı olmayan şəxsdirsə, yaxud biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq Azərbaycan Respublikasının vətəndaşlığını saxlayır.

Qeyd: Yuxarıdakı bədlərdə nəzərdə tutulmuş hallarda 14 yaşından 18 yaşınadək uşaqların vətəndaşlığı yalnız onların razılığı ilə dəyişə bilər.

Uşağın Azərbaycan Respublikasını əldə etməsi

Yuxarıda qeyd edilən hallarda uşağın Azərbaycan Respublikasını əldə etməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:

  1. Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anket
  2. valideynlərin (övladlığa götürənlərin, qəyyumların, himayəçilərin) vətəndaşlığı haqqında sənədlərin surəti
  3. övladlığa götürmə, qəyyumluq, himayəçilik haqqında sənədlərin surəti
  4. yaşayış yerindən ailə tərkibi haqqında arayış
  5. valideynin (övladlığa götürən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin və 14-18 yaşında olan uşağın) notarial qaydada təsdiq edilmiş razılığı
  6. uşağın 4 ədəd 3x4 ölçüdə fotoşəkli
  7. uşağın doğum haqqında şəhadətnaməsi.

Ətraflı məlumat üçün bax:LINK!!!! Azərbaycan Respublikasının vətəndaşlığına qəbul

Uşağın Azərbaycan Respublikasının vətəndaşlığından çıxması

Valideynlərdən birinin Azərbaycan Respublikası vətəndaşlığına xitam verilərsə, bu valideynin vəsatəti ilə və ya Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürən əcnəbilərin vəsatətləri ilə uşaq Azərbaycan Respublikası vətəndaşlığından çıxarıla bilər.

Bu hallarda Azərbaycan Respublikasının vətəndaşlığından çıxma üçün tələb olunan sənədlər aşağıdakılardır:

  1. Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anket
  2. valideynlərin (övladlığa götürənlərin, qəyyumların, himayəçilərin) vətəndaşlığı haqqında sənədlərin surəti
  3. övladlığa götürmə, qəyyumluq, himayəçilik haqqında sənədlərin surəti
  4. yaşayış yerindən ailə tərkibi haqqında arayış
  5. valideynin (övladlığa götürən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin və 14-18 yaşında olan uşağın) notarial qaydada təsdiq edilmiş razılığı
  6. uşağın 4 ədəd 3x4 ölçüdə fotoşəkli
  7. uşağın doğum haqqında şəhadətnaməsi.

Ətraflı məlumat üçün bax:LINK!!!! Azərbaycan Respublikasının vətəndaşlığından çıxma

TELEFON ZƏNGLƏRİ

İş günləri saat 14.00-dan 17.00-dək qəbul olunur

QƏBUL VAXTI

Bazar ertəsi, Çərşənbə və Cümə günləri saat 10.00-dan 12.00-dək.

KONSULLUQ DAİRƏSİ

Səfirliyin Konsulluq Şöbəsi aşağıdakı ştatlar istisna olmaqla bütün ABŞ ştatları üzrə konsulluq xidmətləri göstərir: Alaska, Arizona, California, Colorado, Hawaii, Idaho, Montana, Nevada, New Mexico, Oregon, Utah, Washington, and Wyoming. Qeyd olunan ştatlar üzrə konsulluq xidmətlərini Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu həyata keçirir.

www.azconsulatela.org