Konsulluq uçotu, ümumi məlumat

Hörmətli vətəndaşlarımız,

Diqqətinizə çatdırmaq istərdik ki, xarici ölkələrdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən uçota alınması prosedurları Azərbaycan Respublikası Xarici İşlər Nazirinin 12.09.2012-ci il tarixli, Q/07-12 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydalara əsasən xarici ölkələrdə qanuni əsaslarla daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqları tərəfindən təmin edilməlidir.

Başqa sözlə, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi Səfirliyin konsulluq dairəsində daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarını konsulluq uçotuna alır. Amerika Birləşmiş Ştatlarında daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması onların hüquqlarının, qanuni maraqlarının və təhlükəsizliklərinin qorunması məqsədilə aparılır.

Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması ödənişsiz yerinə yetirilir.

TELEFON ZƏNGLƏRİ

İş günləri saat 14.00-dan 17.00-dək qəbul olunur

QƏBUL VAXTI

Bazar ertəsi, Çərşənbə və Cümə günləri saat 10.00-dan 12.00-dək.

KONSULLUQ DAİRƏSİ

Səfirliyin Konsulluq Şöbəsi aşağıdakı ştatlar istisna olmaqla bütün ABŞ ştatları üzrə konsulluq xidmətləri göstərir: Alaska, Arizona, California, Colorado, Hawaii, Idaho, Montana, Nevada, New Mexico, Oregon, Utah, Washington, and Wyoming. Qeyd olunan ştatlar üzrə konsulluq xidmətlərini Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu həyata keçirir.

www.azconsulatela.org