İtmiş və ya oğurlanmış pasportun yenilənməsi

İtmiş və ya oğurlanmış pasportun Səfirlik vasitəsilə yenisi ilə əvəz edilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

 

  1. Vətəndaşın şəxsiyyət vəsiqəsi (və ya 15 yaşı tamam olmamış vətəndaşın (FİN – fərdi identifikasiya nömrəsi ilə birlikdə doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı)
  2. Pasportun itdiyi ərazi üzrə polis idarəsindən arayış
  3. Pasportun itirilməsinə görə inzibati cərimənin ödənilməsi barədə sənəd ətraflı bax
  4. İtirilmiş və ya oğurlanmış pasportun surəti (olduğu təqdirdə)
  5. Ərizə - Anket
  6. 18 yaşı tamam olmamış şəxslər üçün valideynlərin notariusda təsdiq edilmiş razılıq ərizəsi
  7. 18 yaşı tamam olmamış və valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd.
  8. Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot kartoçkası
  9. Hərbi bilet (18 – 35 yaşınadək kişilər üçün)
  10. "Green Card". “Green Card” sənədi olmadığı təqdirdə, ABŞ ərazisində qanuni yaşamasını təsdiq edən sənədin notariusda təsdiq olunmuş surəti
  11. Dövlət rüsumunun ödənilməsi barədə sənəd ətraflı bax

 

Vətəndaş yuxarıda sədalanan sənədlərlə və şəxsiyyət vəsiqəsi ilə birlikdə şəxsən Səfirliyə gəlməlidir. Bu məqsədlə vətəndaşlardan öncədən Səfirliyin konsulluq şöbəsi ilə əlaqə saxlayaraq görüş saatı (appointment) təyin etmələri xahiş olunur.

Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi Səfirliyin konsulluq şöbəsində həyata keçirilir.

Qeyd: 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izləri götürülmür.

Vətəndaşdan biometrik pasportun tələblərinə uyğun üz təsvirinin foto şəkli, əl-barmaq izləri və elektron imzası alındıqdan sonra, sənədlər elektron formada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilir.

Pasport Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində rəsmiləşdirildikdən sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə Səfirliyə göndərilir.

Bu səbəbdən pasportun rəsmiləşdirilməsi adətən 2-3 ay müddət tələb edir.