Dövlət rüsumu və inzibati cərimə

“Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli, 223-IIQ nömrəli Qanununun 14.1- ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə aşağıdakı məbləğdə dövlət rüsumu tutulur.

 

 

Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün nəzərdə tutulan dövlət rüsumunun elektron ödənişini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində (mia.gov.az) “Dövlət rüsumlarının, cərimələrin və xidmət haqlarının elektron ödənişi” xanasına daxil olaraq həyata keçirmək mümkündür.

Həmçinin, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli, 223-IIQ nömrəli Qanununun 16.1.2-ci maddəsinə əsasən, ümumvətəndaş pasportların alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə 55 ABŞ dolları dövlət rüsumu ödənilir. “Money order” şəklində ödənilməsi xahiş olunur. "Money order" Səfirliyin adına yazılır: "Pay to the order of: Embassy of Azerbaijan Republic".

Azərbayсan Respublikasının İnzibati Xətəlar Məсəlləsinin 331-сi maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə - 30 (otuz) manat məbləğində cərimə edilirlər.

İnzibati cərimə ABŞ-da aşağıdakı bank rekvizitləri vasitəsilə ödənilir. Səfirliyə bank ödənişini təsdiq edən sənəd təqdim edilir.

 

Correspondent Bank: Federal Reserve Bank of New York.

SWIFT code: FRNYUS33

Beneficiary’s Bank: Central Bank of the Republic of Azerbaijan

SWIFT code: NABZAZ2X

Bank address: Baku, R.Behbudov str. 32, AZ 1014

Account No: 021088221 AZER

Beneficiary: State Treasury Agency

Beneficiary’s account No: AZ31NABZ01360200000000001840