Azərbaycan Respublikasından səfirlik vasitəsi ilə sənəd sorğu etmək üçün tələb olunan sənədlər:

  1. Doldurulmuş Forma;
    Forma sənəd sahibinin özü və ya onun nümayəndəsi tərəfindən dolğun və aydın doldurulmalıdır
  2. Sorğu edilən hər bir sənəd üçün 25 ABŞ dolları məbləğində “money order”;
    "Money order" Səfirliyin adına yazılmalıdır "Pay to the order of: Embassy of Azerbaijan" . Sorğunun nəticəsindən asılı olmayaraq bu rüsum geri qaytarılmır.
  3. Sorğu edilən sənədin və ya sorğu ilə bağlı müvafiq sənədlərin surətləri (əgər varsa);
  4. Sənəd sahibini nümayəndəsi tərəfindən sorğu edildikdə, həmin şəxsin doğum şəhadətnaməsinin və ya pasportunun surəti.

Sənədlərin poçt vasitəsi ilə göndərilməsi üçün: Sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərfi əlavə edin (Zərfin üstünə ünvanınızı yazın və sənədlərin Express Mail ilə geri qaytarılması üçün ödəniş markası yapışdırın).

Diqqət!

Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.

Xahiş olunur, heç bir sənədə “stapler” vurmayın.