Pasportun itirmiş vətəndaşlara qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:

Qayıdış Şəhadətnaməsi (bundan sonra "Şəhadətnamə") - Səfirlik tərəfindən verilən və pasportu müvəqqəti əvəz edən giriş-çıxış sənədidir. Verildiyi tarixdən etibarlıq müddəti 1 ay olan bu sənəd yalnız Azərbaycana səfər etmək üçün etibarlıdır. Şəhadətnamə sahibinin digər ölkələrin ərazisindən tranzit keçmək hüququ vardır.

  1. Pasportun itdiyi ərazinin polis idarəsindən müvafiq sənəd;
  2. Şəxsiyyət vəsiqəsinin (olduğu tədqirdə)surəti;
  3. İtmiş pasportun surəti (olduğu tədqirdə);
  4. Doğum şəhadətnaməsinin surəti (olduğu tədqirdə);
  5. Azərbaycanda verilmiş digər sənədlərin surətləri (olduğu tədqirdə);
  6. Sərbəst formada yazılmış ərizə;
      Səfirliyin adına ünvanlanmış ərizədə müraciət edən şəxsin soyadı, adı, atasının adı, ABŞ-dakı ünvanı, telefon nömrəsi, ABŞ-a gəlmə tarixi, müraciətin səbəbi, Azərbaycana getmək üçün nəzərdə tutulan tarix göstərilməlidir. Əgər, vətəndaş Azərbaycanda yaşayış qeydiyyatındadırsa, həmin ünvan ərizədə qeyd edilməlidir.
  7. Pasport üçün rəngli fotoşəkil - 3 ədəd;
  8. 40 (qırx) ABŞ dolları məbləğində "money order";
    Səfirlik vasitəsilə sənədlərin tərtibinə görə ödənilən bu rüsum Səfirliyin adına yazılmalıdır. "Pay to the order of: Embassy of Azerbaijan"

Müraciətdən asılı olaraq Qayıdış Şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün yuxarıda sadalanan sənədlərdən əlavə digər sənədlər də tələb edilə bilər.

Sənədlərin poçt vasitəsi ilə göndərilməsi üçün:  Sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərfi əlavə edin (Zərfin üstünə ünvanınızı yazın və Qayıdış Şəhadətnaməsinin Express Mail, FedEx, UPS və yaxud DHL vasitəsilə geri qaytarılması üçün ödəniş markası yapışdırın).

Sorğunun cavablandırılmasından asılı olaraq 10 gündən 30 günə kimi vaxt tələb oluna bilər.

Diqqət!

Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.

Xahiş olunur, heç bir sənədə “stapler” vurmayın.

TELEFON ZƏNGLƏRİ

İş günləri saat 14.00-dan 17.00-dək qəbul olunur

QƏBUL VAXTI

Bazar ertəsi, Çərşənbə və Cümə günləri saat 10.00-dan 12.00-dək.

KONSULLUQ DAİRƏSİ

Səfirliyin Konsulluq Şöbəsi aşağıdakı ştatlar istisna olmaqla bütün ABŞ ştatları üzrə konsulluq xidmətləri göstərir: Alaska, Arizona, California, Colorado, Hawaii, Idaho, Montana, Nevada, New Mexico, Oregon, Utah, Washington, and Wyoming. Qeyd olunan ştatlar üzrə konsulluq xidmətlərini Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu həyata keçirir.

www.azconsulatela.org