Azərbaycan Respublikası ərazisinə deportasiya edilən və pasportu olmayan vətəndaşlara qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:

Qayıdış Şəhadətnaməsi (bundan sonra "Şəhadətnamə") - Səfirlik tərəfindən verilən və pasportu müvəqqəti əvəz edən giriş-çıxış sənədidir. Verildiyi tarixdən etibarlıq müddəti 1 ay olan bu sənəd yalnız Azərbaycana səfər etmək üçün etibarlıdır. Şəhadətnamə sahibinin digər ölkələrin ərazisindən tranzit keçmək hüququ vardır.

  • Yerli immiqrasiya xidməti orqanlarının müraciəti;
  • Vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi üçün Ərizə-Anket doldurulmalıdır;

TELEFON ZƏNGLƏRİ

İş günləri saat 14.00-dan 17.00-dək qəbul olunur

QƏBUL VAXTI

Bazar ertəsi, Çərşənbə və Cümə günləri saat 10.00-dan 12.00-dək.

KONSULLUQ DAİRƏSİ

Səfirliyin Konsulluq Şöbəsi aşağıdakı ştatlar istisna olmaqla bütün ABŞ ştatları üzrə konsulluq xidmətləri göstərir: Alaska, Arizona, California, Colorado, Hawaii, Idaho, Montana, Nevada, New Mexico, Oregon, Utah, Washington, and Wyoming. Qeyd olunan ştatlar üzrə konsulluq xidmətlərini Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu həyata keçirir.

www.azconsulatela.org